AZ

"Mən sizə görə qonaq da çağırmayım?"VİDEO

Məktəb direktorunun şagirdlərdən “Son zəng” üçün pul yığdığı iddia olunur.

Xezerxeber.az-ın məlumatına görə, sosial şəbəkələrdə paytaxtın Nərimanov rayonunda yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyiblinin 11-ci sinif şagirdlərindən “Son zəng” tədbiri üçün  pul tələb etdiyini iddia edən səsyazıları yayılıb.

Səs yazısında direktor pul verməyən şagirdlərin yalnız məktəb daxilində keçiriləcək “Son zəng” tədbirinə qatıla biləcəyi deyir.

Məsələ ilə bağlı 207 məktəb rəhbərliyindən açıqlama almağa çalışdıq. Təkcə məktəbin mühafizə xidmətinin əməkdaşı bildirdi ki, məktəbdə “Son zəng” əlaqədar pul yığılmır.

Bakı Şəhər Təhsil İdarəsindən “Xəzər Xəbər”ə bildirilib ki, paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdırma aparılacaq. "Son zəng" tədbirinin təşkilinə dair Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatı məktəb rəhbərinin nəzərinə çatdırılıb, tədbirin keçirilməsi ilə bağlı tələblərə əməl olunması barədə aidiyyəti tapşırıqlar verilib. Aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
0
xezerxeber.az

1Mənbələr