"Barselona"nın iki futbolçusu zədədən qayıdıb.
Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bunlar Alexandro Balde və Mark Kasadodur. Kataloniya klubunun hər iki oyunçusu La Liqanın 35-ci turunda keçiriləcək "Real"la matça hazır olacaq.
Qeyd edək ki, sözügedən matç sabah Bakı vaxtı ilə 18:15-də keçiriləcək.
Milli.Az