Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025-ci illər mövsümünün 34-cü turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Bayılda baş tutub.
Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Səbail” doğma meydanda gümüş medallara iddialı “Zirə” ilə üz-üzə gəlib. Qarşılaşmanı Tural Qurbanov idarə edib.
Bu komandalar daha öncə Premyer Liqada 30 oyunda üz-üzə gəlmişddilər. Həmin görüşlərdə “Səbail” 4, “Zirə” 20 qələbə qazanmışdı, 6 görüşdə qalib müəyyənləşməmişdi. “Səbail” son 8 oyunda qələbə qazanmamışdı. “Zirə” son 4 matda qalib gəlmişdi.
Elə bu oyunda da sevinən tərəf “Zirə” olub. Qəsəbə təmsilçisi son dəqiqə qolu ilə növbəti 3 xalı hesabına yazdırıb. “Səbail” isə bu məğlubiyyətdən sonra elita ilə vidalaşıb. Son turların nəticələrindən asılı olmayaraq, Bayıl təmsilçisi gələn mövsümü Birinci Liqada keçirməli olacaq.
Premyer Liqa
34-cü tur
10 may
“Səbail” – “Zirə” 0:1
Qol: Davit Volkov, 90+1.
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Kərim Zeynalov, Elvin Bayramov.
VAR: Kamal Umudlu.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
“Bayıl Arena”, 17:00.
Səbail: 12. Əlirza Müştəbazadə, 22. Mirabdulla Abbasov, 96. İlkin Muradov, 20. Mert Çelik, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 16. Emin Rüstəmov, 10. David Qomis (k), 3. Dmitri Litvin, 7. Madi Keta, 14. Suleyman Alluş.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 74. Yusif Nəbiyev, 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 67. Rəvan Abasov, 88. Hacıəli Şirəliyev, 44. Amir Bilali, 99. İnnosent Nşuti, 4. Marko Nikoliç, 5. Gitay Sofir.
Baş məşqçi: Əbdülqəni Nurməmmədov.
Zirə: 41. Anar Nəzirov (k), 7. Məqsəd İsayev, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Akka, 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 30. Rikardo Martins, 3. Ange Mutsinzi, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 99. Səlim Həşimov, 29. Ceyhun Nuriyev, 53. Şahmar Aşurov, 91. Murad Ələkbərov, 48. Ramiz Muradov, 43. Əhliman Süleymanzadə, 4. Ruan Renato, 70. İssa Cibrilla, 18. Martins Junior, 17. Ayron Qomis.
Baş məşqçi: Rəşad Sadıqov.