İngiltərə Premyer Liqasının təmsilçiləri “Liverpul” və “Everton” UEFA-nın təqdim etdiyi “FootbALL-2025” mükafatına layiq görülüblər.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən məlumat verir.
Müvafiq mükafat futbolda ayrı-seçkiliyə qarşı mübarizəyə tərəfdar olmaq və müvfiq məsələdə əhatəli fəaliyyəti ilə diqqət çəkmək müqabilində təqdim edilir.
Xatırladaq ki, cari ilin fevral ayının 22-də İngiltərə Premyer Liqasının 15-ci turu çərçivəsində “Everton” və “Liverpul” 2:2 hesablı heç-heçə oynamışdılar. Bu oyunda “qənnadçılar”ın 32 yaşlı malili mərkəz yarımmüdafiəçisi Abdulay Dukure “Everton”un vurğduğu qolu “qırmızılar”ın azarkeşləri qarşısında qeyd etməyə qalxmışdı. Nəticədə əzəli rəqiblərin Liverpul derbisində futbolçular və azarkeşlərin iştirakı ilə irqi zəmində təhqirlər dolu fəsad yaşanmış, hər iki klubun həmrəyliyi sayəsəində xoşagəlməz hadisənin geniş miqyas alması önlənmişdi. Buna rəğmən, əzəli rəqiblərin hər ikisi cərimələnmiş, sosial şəbəkələrdə isə bu xoşagəlməz hadisə sərt mühakimə edilmişdi.
UEFA-nın mətbuat xidməti müvafiq hadisə ilə bağlı bildirib:
“Daha əvvəl bu il “Everton” və “Liverpul” Mersisayd derbisində “Everton”un yarımmüdafiəçisi Abdulay Dukurenin (Dukure) ünvanına yönəlmiş irqi təhqirləri qətiyyətlə mühakimə etmək məqsədilə həmrəy olublar. Klublar birgə bəyanat dərc edərək, ayrı-seçkiliyin bütün təzahürlərinə qarşı vahid mübarizə mövqeyini ifadə ediblər. Yerli hakimiyyətlə sıx əməkdşlıq çərçivəsində onlar təqsirkarların müəyyənləşdirilməsi ümün təxirəsalmaz fəaliyyət tədbiri görərək, irqçiliyə qarşı dözümsüzlüyə sədaqətlərini vurğulayıblar”, – UEFA-nın rəsmi bəyanatında deyilir.
Əlavə edək ki, mükafatla həmçinin İngiltərə Premyer Liqası, Ukrayna Futbol Assosiasiyası (UAF), italyan keçmiş futbolçu, xanım Karolina Moraçe təltif ediliblər.
UEFA-nın RESPECT forumu İsveçrənin Sürix şəhərində keçirilib. Təltifçilər UEFA-nın İnsan haqları üzrə koordinasiya qrupu tərəfindən seçiliblər.