AZ

Azərbaycan Premyer Liqasını tərk edən klub məlum oldu

BAKI, 10 may. TELEQRAF

“Səbail” komandasının Azərbaycan Premyer Liqasından I Liqaya düşməsi rəsmiləşib.

Teleqraf xəbər verir ki, bu, "dənizçilər"in XXXIV tur qarşılaşmasında “ASCO Arena”da "Zirə”yə 0:1 hesablı məğlubiyyətindən sonra dəqiqləşib.

Matçın 77-ci dəqiqəsində “Səbail”in futbolçusu Mert Çelik fərqlənsə də qol qeydə alınmayıb. Baş hakim Tural Qurbanov VAR-dan gələn təsdiqdən sonra qolu “ofsayd” səbəbindən hesaba almayıb.

Əvəzində 90+1-ci dəqiqədə Davit Volkov fərqlənərək, "Zirə"yə qələbə qazandırıb. Volkov isə Premyer Liqada 11-ci qolunu vurub.

Hazırda 22 xalla sonuncu olan "Səbail" 9-cu pillədəki "Kəpəz"dən 7 xal geridədir. Qalan 2 oyunda paytaxt təmsilçisi qələbələr qazansa belə, Gəncə komandasına çata bilməyəcək.

Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv isə xallarını 68-ə çatdıraraq üçüncü yerdə olan “Araz-Naxçıvan”la fərqi 15-ə çatdırıb.
Qeyd edək ki, günün son qarşılaşmasında “Turan Tovuz” “Neftçi”ni qğbul edəcək. Tovuz şəhər stadionunda baş tutan görüş saat 19:30-da start götürəcək.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr