AZ

“Əylənirəm, hər gün gecə klublarında oluram” - Jurnalistləri ələ saldı

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo jurnalistlərin cari mövsümdə start heyətindəki tez-tez dəyişikliklərin səbəbləri ilə bağlı sualına ironik tərzdə cavab verib.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı hər şeyin sadə olduğunu bildirib:

“25 sikkəm var, onları havaya atıram – masada qalanlar start heyətində meydana çıxır.

Qalanlar isə ehtiyat oyunçular skamyasındadır. Bütün metodikam budur (gülür).

Həftə ərzində o qədər də gərgin olmuram. Əylənirəm, hər gün İstanbulun klublarında oluram.

Kimlərin oynayacağına qərar vermək vaxtı çatanda isə futbolçuların şəkilləri olan sikkələri atıram. Hər şey sadədir”.

“Fənərbaxça” hazırda 78 xalla Türkiyə Super Liqasının turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Komanda lider “Qalatasaray”dan 5 xal geri qalır. “Cim-bom”un ehtiyatda 1 oyunu var.

Seçilən
0
sportinfo.az

1Mənbələr