AZ

Maşın sürərkən yemək və öpüşmək olmaz: Sürücülər üçün 10 qəribə qayda

Yol hərəkəti qaydaları, ümumiyyətlə, vahiddir, çünki onlar sürücülərin, onların sərnişinlərinin və piyadaların təhlükəsizliyi üçün yaradılıb. Ancaq bəzi ölkələrdə gözlənilməz nüanslar var.
 
Moderator.az Lent.az-a istinadla dünyanın müxtəlif ölkələrində sürücülər üçün ən qəribə 10 qaydanı təqdim edir.
 
2021-ci ildən Fransada hüquq-mühafizə orqanları əməkdaşlarının və onların nəqliyyat vasitələrinin fotoşəkillərinin çəkilməsini qadağan edən qanun var. Qanunu pozan cərimələnə və hətta həbs oluna bilər.
 
Finlandiyada sərnişinlərə musiqi dinlətmək istəyən taksi sürücüsü illik 22 avro ödəməlidir.
 
Makedoniyada sərxoş sərnişinin sürücünün yanında oturmasına icazə verilmir. Bu qayda sürücünün yoldan yayınma riskini azaltmaq üçün tətbiq edilib.
 
Kiprdə sürücülərə maşın sürərkən yemək və içmək qəti qadağandır - qanun tələb edir ki, hər iki əl həmişə sükanda olsun. Pozuntuya görə cəza 50 Kipr funtu (təxminən 90 ABŞ dolları) məbləğində cərimədir.
 
Almaniyada avtomobil şəxsi məkan hesab edildiyi üçün sürücü istənilən formada, hətta tamamilə çılpaq halda sükan arxasında oturmaq hüququna malikdir. Bununla belə, ayaqqabı mütləqdir - bu, pedallara nəzarəti itirməyin qarşısını alır.
 
Salerno əyalətinin (İtaliya) kiçik Eboli şəhərində sürücülərin maşın sürərkən öpüşməsini qadağan edən qanun var. Belə bir pozuntuya görə cərimə 50-500 avro arasındadır.
 
Danimarkada sürücülərdən maşın sürməzdən əvvəl kiminsə avtomobilinin altında gizlənib-gizlənmədiyini yoxlamaq tələb olunur. Bu qayda qəzaların qarşısını almaq məqsədi daşıyır.
 
İsveçrədə bazar günü məcburi istirahət günü hesab olunur. Burada hər hansı yüksək səslə iş, o cümlədən avtomobillərin yuyulması qadağandır.
 
Filippin dövlət nömrə nişanının son rəqəminə əsasən küçələrdə nəqliyyat vasitələrinin sayını məhdudlaşdıran sistem tətbiq edib. Məsələn, nömrə 1 və ya 2 ilə bitirsə, bazar ertəsi avtomobil yollarda idarə edilə bilməz.
 
Yaponiyada gölməçədən keçən və piyadanın üstünə su sıçradan sürücü 65 ABŞ dolları məbləğində cərimələnə bilər.
 
Seçilən
0
1
moderator.az

2Mənbələr