AZ

iPhone geri qaldı – Apple-ın ən güclü cihazları artıq iPad-lərdir!

iPhone

AnTuTu test platformasının tərtibatçıları bildiriblər ki, aprel ayında Apple cihazları arasında ən güclülər siyahısına heç bir iPhone modeli düşə bilməyib. Reytinqə yalnız iOS və iPadOS əməliyyat sistemləri ilə işləyən cihazlar daxil edilib.Ən yüksək performans göstərən cihazlar M4 prosessoru ilə təchiz olunmuş 11 və 13 düymlük iPad modelləri olub.İlk üçlüyü 13 düymlük ekranlı və M3 prosessorlu iPad Air tamamlayıb. İlk onluğun sonuncu sırasında isə M1 çipli, 12.9 düymlük iPad Pro qərarlaşıb.iPhone modellərinə gəldikdə, iPhone 16 Pro Max və iPhone 16 Pro yalnız 11-ci və 12-ci yerləri tutaraq əsas reytinqə daxil ola bilməyib.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Polis Akademiyasında Ümummilli Liderin 102-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi

Polis Akademiyasının kursantları fləşmob keçirib

Trump, Ursula fon der Leyeni "heyrətamiz" adlandırdı

Seçilən
0
ulusum.az

1Mənbələr