Bakı, 10 may, AZƏRTAC
Görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTI) kollektivi Fəxri Xiyabanı ziyarət edib.
AQTA-dan AZƏRTAC-a bildirilib ki, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarı önünə əklil və gül dəstələri qoyulub.