Lənkəran, 10 may, İlkin Adıyev, AZƏRTAC
Müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Cənub bölgəsində qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayonlarında Ulu Öndərin abidəsi ziyarət olunub, önünə tər güllər düzülüb.
Tədbirlərdə rayon rəsmiləri, dövlət qurumlarının rəhbərləri, gənclər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ulu Öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, xalqın rifahının yüksəldilməsində və müasir Azərbaycanın qurulmasında oynadığı misilsiz rol bir daha vurğulanıb.