AZ

“Qarabağ” hansı səbətdə yer alacaq? - III təsnifat mərhələsində

Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq “Qarabağ”ın növbəti raundun püşkatmasındakı səbəti hələ dəqiqləşməyib.

İdman.biz xəbər verir ki, özü üçün mövsümün ilk püşkatmasında səpələnmişlər səbətində yer alacaq Ağdam klubunun sonrakı taleyi üç ölkənin çempionunun kimliyindən asılıdır.

III təsnifat mərhələsinin püşkü iyulun 21-də atılacaq. Bu, II təsnifat mərhələsindən əvvəl baş tutacaq.

Püşkdə əvvəlki raundun 12 cütü iştirak edəcək. Həmin cütlər daha reytinqli komandanın əmsalına əsasən səbətdə yer alacaq.

6 reytinqli komandanın yer aldığı cüt səpələnmişlərdən olacaq. Onlardan üçü artıq dəqiqləşib. “Srvena Zvezda” və “Slovan”ın yer alacağı cütlər güclülər səbətində olacaq. Danimarka çempionu hələ müəyyənləşməsə də, istər “Kopenhagen”, istər “Midtulland”ın cütü səpələnmiş olacaq.

Buradakı digər üç komanda hələ dəqiqləşməyib. Çempionluğu təmin edən “Qarabağ” buna nail olan və səpələnmişlər səbətinə namizədlər arasında 1-cidir.

Amma hələ üç ölkənin çempionu Azərbaycan təmsilçisini bu səbətdən sıxışdıra bilər. Bunlar Zaqreb “Dinamo”su, Təl-Əviv “Makkabi”si və “Ferensvaroş”dur.

Hazırda yalnız sonuncular 3 xallıq üstünlüklə Macarıstanda liderdir. Öz ölkələrində ikinci olan “Dinamo” 1, “Makkabi” 3 xal geridədir. Onlardan birinin çempion olmaması “Qarabağ”ı səpələnmiş edəcək.

Qeyd edək ki, bütün bu komandaların mübarizəyə başlayacağı II təsnifat mərhələsi iyulun 22-23-də və 29-30-da keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Seçilən
0
idman.biz

1Mənbələr