BAKI, 10 may. TELEQRAF
Bir çoxları dərman vasitələrini xarab olmaması üçün soyuducuda saxlayırıq. Bəs bu nə dərəcədə doğrudur?
Teleqraf Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli həkim terapevt Aylin Aydın bu üsulun yanlış olduğunu deyir.
“Dərmanlar tərkibindəki kimyəvi maddələrə görə ən həssas məhsullar sırasındadır. Yemək və içkilər kimi dərmanlar da müəyyən temperaturdan yuxarı saxlanılarsa, istifadə müddəti bitmədən yararsız hala düşür. Bəzi amillər dərmanların tərkibinin dəyişməsinə səbəb olur. Dərmanların təhlükəsiz qəbulu üçün onlar istilik, işıq və nəmdən qorunmalıdır. Dərmanların formasına diqqət edərək təlimata uyğun saxlanılmalıdır. Tablet kimi istifadə edilən dərmanlar xarab olduqda rəngini dəyişir və qırılır. Krem şəklində hazırlanan dərmanlar quruyub, qoxusunu dəyişib və kiflə örtülübsə, bu onların xarab olduğunu göstərir. Maye halında olan dərmanlarda xarab olmanın ən mühüm əlaməti çöküntülərin yığılmasıdır".
O bildirib ki, saxlama şərtləri qablaşdırmanın üzərində yazılıb.
"4-8 dərəcə arasında saxlanmalı olan dərmanlar soyuducuda qalmalıdır. Dərmanları saxlayarkən istiliyə, işığa və rütubətə diqqət yetirilməlidir. Bu üç amil nəzərə alınmayanda dərman xarab olur. Vətəndaşlar fərqinə varmadan həmin dərmanı istifadə etməyə davam etdikdə zəhərlənmə və ya əks təsirlər də yarana bilər. Ona görə də dərmanların saxlanma şəraitinə uyğun olaraq bu üç amilin də nəzərə alınması lazımdır. Pəncərənin yanında heç bir dərman saxlanılmamalıdır. Maye halında olan dərmanlar otaq temperaturunda saxlanıla bilər. Antibiotiklərin saxlanmasının xüsusi şərtləri var. Bütün ağrıkəsiciləri istilikdən, işıqdan, nəmdən qorunaraq istənilən yerdə saxlamaq olar. İnsulin iynəsi kimi dərmanlar soyuducunun normal bölmələrində saxlanıla bilər".