AZ

1972-ci ildə buraxılmış yarım tonluq kosmik gəmi Hind okeanına düşdü

1972-ci ildə buraxılmış Sovet kosmik gəmisi - "Kosmos-482" Hind okeanına düşüb.

Sherg.az Nexta-ya istinadən xəbər verir ki, kosmik gəminin orbitdən çıxaraq Yerə düşməsi Yerin yaxın ətrafındakı təhlükəli vəziyyətlər barədə avtomatik xəbərdarlıq sistemi tərəfindən izlənilib. 

1972-ci ildə Venera planetinin tədqiqi məqsədilə buraxılan bu aparat, daşıyıcı mərhələdə baş verən nasazlıq səbəbindən yüksək elliptik Yer orbitində qalıb. Zamanla Yerə yaxınlaşan aparat nəhayət, orbitini tərk edərək bu gün Yerə düşüb.
Seçilən
0
sherg.az

1Mənbələr