AZ

Günü tarixə çevirən şəxsiyyətlər


Dövləti və milləti üçün təsir imkanlarından, davranışından, təcrübəsindən, elmindən, müdrikliyindən və qətiyyətindən istifadə edərək silinməz izlər buraxmış dahilər günü tarixə çevirirlər.

Biz hər günü yaşayırıq – hər gün həyatımızın bir səhifəsidir. Amma həyatda yadda qalan, əlamətdar sayılan səhifələr illər ötdükcə, nəsillər dəyişdikcə, dövlət yaşadıqca daim anılır.


Çünki tarixin dönüş nöqtəsi sayılan o günlər, hər bir insanın mahiyyətini, dünyagörüşünü, düşüncəsini dəyişən günlər hesab edilir.

10 May bu günlərdən biridir. Bu gün təkcə fərdlərin, tək-tək insanların və ya müəyyən seqmentlərin deyil, bütövlükdə cəmiyyətin, Azərbaycanın tarixi səhifələrində və yaddaşlarda həkk olunan bir gündür.

Məhz bu gündə bizim üçün son dərəcə önəmli bir dahi – Heydər Əliyev dünyaya gəlib və bu günü hər birimiz üçün sözün əsl mənasında əlamətdar bir tarixə çevirib.

Öz əməlləri ilə müstəqilliyimizi möhkəmləndirərək, qüdrətli və şanlı Odlar Yurdu Azərbaycanın möhkəm fundamentini qurmaqla, bu tarixi Azərbaycanın şərəf lövhəsində əsaslı şəkildə yaddaşlara həkk etdi.

Hər kəs vətəni üçün yaşamalıdır. Vətən üçün yaşayanlar və vətən uğrunda canını fəda edənlər heç vaxt unudulmur. Onlar həyatları boyu unudulmaz izlər qoyaraq, əbədiyaşar olurlar.

Dərin hörmət və sonsuz sayğı ilə böyük şəxsiyyət, ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edirik.

Allah rəhmət eləsin.

Ramil Hüseynov
Seçilən
0
newscenter.az

1Mənbələr