AZ

Azərbaycan liqalarında “Ayın qolu”nun qalibləri müəyyənləşdi

Misli Premyer Liqasında, I Liqada, həmçinin II Liqada “Ayın qolu” layihəsində aprel ayının qalibləri müəyyənləşib.

Fanat.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Misli Premyer Liqasında David Qomisin, I Liqada İbrahim Əliyevin, II Liqada isə Elgün Abbaslının qolları ən yaxşı seçilib.

Qeyd edək ki, II Liqada keçirilən səsvermə zamanı 2 oyunçunun qolu 5 xal toplayıb. Belədə şərtlərə əsasən yekun qərar PFL tərəfindən verilib. Daxili səsvermənin nəticələrinə görə “Füzuli”dən Elgün Abbaslının qolu “Ayın qolu” seçilib.

Seçilən
0
7
fanat.az

10Mənbələr