AZ

Pəhrizlərin mental sağlamlığa mənfi təsiri nələrdir?

"Qidalanmada sərt məhdudiyyətlərə riayət etmək tez-tez mənfi fiziki nəticələrə – çəkinin artması, sağlamlığın və psixi vəziyyətin pisləşməsinə səbəb olur".

Ölkə.az xarici KİV-ə istinadla xəbər verir ki, bunu dietoloq Marina Şitikova deyib.

Bəzi pəhrizlər yalnız qaydalara və standartlara əsaslanmağı öyrədir ki, bu da insanda özünə qarşı inamsızlıq yaradır. Belə yanaşmada insan bədəninin təbii siqnallarını görməzlikdən gəlir. Nəticədə insan öz hisslərinə güvənmək əvəzinə, başqalarının tövsiyələrinə tabe olmağa başlayır:

"Əgər yemək vaxtını və toxluq hissini izləməsək, tədricən digər həyat sahələrində də öz istəklərimizi anlama qabiliyyətimizi itirə bilərik. Öz hisslərimizdən uzaqlaşmaq bizi istədiyimiz həyat tərzini qurmaqdan uzaq salır".

Qidalanma qaydalarına ciddi şəkildə əməl edərkən zamanla belə bir inanc formalaşır: arzu olunan çəkiyə çatmadan sosial həyatı məhdudlaşdırmaq lazımdır. Bu isə insanın cəmiyyətdən təcrid olunmasına və xarici dünya ilə ünsiyyətin azalmasına gətirib çıxarır. Dietoloqun fikrincə, sosial təcrid insanın zərərli qidalara meyl etməmək üçün görüşlərdən uzaq durması ilə başlayır, amma nəticədə ünsiyyətin olmaması depressiya riskini artırır.

“Unutmaq olmaz ki, balans həm qidalanmada, həm də həyatda vacibdir. Öz bədənini dinləməyi bacarmaq, aktiv həyat tərzi sürmək və özünə qarşı həddindən artıq tələbkar olmamaq, məqsədə psixi və fiziki sağlamlığa zərər vermədən çatmağa kömək edir”, — deyə ekspert vurğulayıb.

Həmidə İbrahimova

Seçilən
0
1
olke.az

2Mənbələr