AZ

Azərbaycan cüdoçuları Avropa Kubokuna bir dəst medalla başladı

BAKI, 10 may. TELEQRAF

Azərbaycan cüdoçuları Gürcüstanın Qori şəhərində start götürən Avropa Kubokunun ilk yarış günündə 3 medal qazanıblar.

Teleqraf xəbər verir ki, 66 kq çəki dərəcəsində Nazir Talıbov finalda gürcüstanlı rəqibi İpolite Akubardiyanı məğlub edərək qızıl medala sahib olub.

60 kq çəki dərəcəsində Babarahim Mirzəyev finalda Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında yarışan rusiyalı Damir Meremova uduzaraq gümüş medal əldə edib.

73 kq-da yer alan Nəriman Mirzəyev isə 3-cü yer uğrunda görüşdə gürcüstanlı Giorgi Loladzeni üstələyərək, bürünc medala yiyələnib.

Qeyd edək ki, Qoridə Böyüklər arasında keçirilən Avropa Kubokunda 15 ölkədən 169 cüdoçu iştirak edir. Yarışa mayın 11-də yekun vurulacaq.

Seçilən
0
teleqraf.com

1Mənbələr