Hindistan və Pakistan arasında münaqişənin eskalasiyasından sonra hər iki ölkənin yüksəkrütbəli hərbçilərinin ilk telefon danışığı baş tutub.
Bu barədə Hindistanın "News18" telekanalı məlumat verib.
Telekanalın məlumatına görə, söhbət zamanı Pakistan tərəfi hindistanlı həmkarları ilə görüş keçirmək istəyini bildirib.
Hələlik əlaqənin baş tutması ilə bağlı rəsmi təsdiq yoxdur.