AZ

Rusiya sualtı qayığı Fransa sahillərində tutulub

Britaniyanın hərbi donanmasının rəhbərliyi Fransa sahillərində Rusiyanın “Krasnodar” sualtı qayığını ələ keçirib.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın n-tv telekanalı məlumat yayıb.

"Aralıq dənizindən Rusiyaya qayıdarkən sualtı qayıq... La-Manş boğazını keçir. Britaniya helikopteri sualtı nəqliyyat vasitəsini havadan müşahidə edib, Britaniyanın HMS Tyne hərbi gəmisi Fransa sahillərində Rusiyanın “Krasnodar” gəmisinin qarşısını kəsib", - telekanal sualtı qayığın müşahidə edildiyini əks etdirən videoyazı yayımlayıb.

Başqa heç bir təfsilatlı məlumat verilməyib.

“B-265 Krasnodar” Rusiya hərbi dəniz donanmasının Qara dənizdəki 4-cü sualtı briqadasının bir hissəsi olan “636.3 Varshavyanka” layihəsinin dizel-elektrik sualtı qayığıdır.

Aprel ayında “The National Interest” qəzeti yazıb ki, Rusiya “Zirkon” hipersəs raketi ilə “Perm Project 885M” (kod adı “Yasen-M”) nüvə sualtı qayığını suya buraxıb. Sualtı qayıq şaquli buraxılışlı qanadlı raketlərdən istifadə edərək dəniz və ya qurudakı düşmənləri vurmağa qadirdir”.

Musavat.com

Seçilən
0
musavat.com

1Mənbələr