AZ

Pakistanın istifadə etdiyi silahlar diqqət mərkəzində: Birindən Azərbaycanda da var

BAKI, 10 may. TELEQRAF

Çin istehsalı Pakistan təyyarələri ilə (J-10) Fransa istehsalı Hindistan təyyarələri (“Rafael”) arasında hava döyüşü dünyanın diqqətini çəkib. Çinin yüksək dəqiqlikli silahları mütəxəssislər tərəfindən araşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Pakistan qırıcısı mayın 8-də ən 5 Hindistan hərbi təyyarəsini vurub. Vurulan Hindistan təyyarələrindən 3-ü Fransa istehsalı “Rafale”dir. Qeyd edilir ki, bu, qabaqcıl Çin qırıcısı üçün potensial bir mərhələdir.

ABŞ rəsmisinin sözlərinə görə, Pakistanın Hindistan təyyarələrinə qarşı hava-hava tipli raketlər atmaq üçün Çin istehsalı J-10-dan istifadə etdiyinə böyük inam var.

Pakistan müdafiə naziri Xavaca Asif mayın 8-də “Reuters”ə bildirib ki, Hindistanın bu yaxınlarda aldığı üç “Rafale” qırıcısının vurulması üçün J-10 təyyarəsindən istifadə edilib.

Pakistanın Hindistan hədəflərinin vurulmasında Çin Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən BL-15 raketlərindən istifadə etdiyi də bildirilib.

Mütəxəssislər deyirlər ki, qabaqcıl silahların, xüsusilə də döyüş təyyarələrinin faktiki istifadəsi Tayvan və ya Hind-Sakit okean bölgəsində mümkün münaqişəyə hazırlaşan ABŞ və digər ölkələri silahlarını yenidən təhlil etməyə məruz qoyacaq.

“Defense Express”in mayın 8-də mənbələrə istinadla yaydığı məlumata deyilirdi ki, Pakistan Hindistan hədəflərinə qarşı Çinin J-10C döyüş təyyarəsinin daşıdığı yeni uzaqmənzilli PL-15E raketi və JF-17 qırıcılarından da istifadə edib. Xatırladaq ki, Azərbaycan ötən il Pakistandan aldığı JF-17 qırıcılarını öz inventarına daxil edib. JF-17 Çin və Pakistanın birgə istehsal etdiyi dördüncü nəsil qırıcıdır.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr