Süd bir çox insan üçün sağlam qida mənbəyidir, lakin bəzi insanlar südü həzm etməkdə çətinlik çəkir. Laktoza qarşı dözümsüzlük süd məhsullarının həzm oluna bilməməsinin ən çox görülən səbəblərindən biridir.

Medicina.az südü həzm edə bilməyəcəyiniz altı əlaməti təqdim edir:
Şişkinlik və qaz problemləri
Süd və süd məhsulları qəbul etdikdən sonra şişkinlik, ürəkbulanma və qazın yaranması laktoza qarşı dözümsüzlüyün ümumi simptomlarıdır. Bu, həzm sisteminin südü düzgün emal etmədiyinə işarədir.
Bulantı və qusma
Süd içdikdən sonra ürəkbulanma və qusma kimi simptomlarla qarşılaşırsınızsa, bu, südü həzm edə bilmədiyinizin göstəricisi ola bilər. Ağır hallarda, süd içdikdən qısa müddət sonra qusa bilərsiniz.

Qarın ağrıları
Süd qəbul etdikdən sonra qarın nahiyəsində şiddətli ağrı yaranarsa, bu da süd dözümsüzlüyünün əlaməti ola bilər. Adətən bu ağrılar süd məhsullarının həzmi zamanı şişkinlik və qazla artır.
İshal
Süd və süd məhsullarının həzm olunması ilə bağlı ən çox rast gəlinən problemlərdən biri ishaldır. Laktoza qarşı dözümsüzlüyü olan insanlar süd qəbul etdikdən sonra tez-tez ishal yaşayırlar.
Baş ağrıları
Süd qəbul etdikdən sonra baş ağrıları laktoza dözümsüzlüyünün nadir, lakin əhəmiyyətli bir əlaməti ola bilər.
Yorğunluq və zəiflik
Daimi yorğunluq və zəiflik hissi bədənə südün həzm oluna bilməməsinin başqa bir təsiri ola bilər. Bu vəziyyət süd məhsullarının həzm edilməməsi və qida maddələrinin lazımi şəkildə udulmaması səbəbindən baş verir.

Nə etmək olar?
Laktozsuz süd məhsulları için: Laktoza qarşı dözümsüzlüyü olanlar üçün laktozasız süd və xüsusi istehsal olunan süd məhsullarına üstünlük verilə bilər.
Dərmanlar: Laktoza dözümsüzlüyü olan insanlar laktoza həzm etməyə kömək edən laktaza fermenti tabletlərindən istifadə edə bilərlər.

Alternativ südlər: Badam südü, yulaf südü və soya südü kimi laktozasız alternativ südləri seçə bilərsiniz.
Aygün
Medicina.az