AZ

Merz Ukraynada seçkilərin keçirilməsi ideyasını rədd edir

Kiyevdə olan  Almaniya kansleri Fridrix Merz hazırkı vəziyyətdə Ukraynada seçkilərin keçirilməsi ilə bağlı  Donald Trampın mövqeyi ilə razılaşmadığını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "BILD"ə müsahibəsində bildirib .

Siyasətçi Ukrayna konstitusiyasının hərbi əməliyyatlar zamanı seçkilərin keçirilməsinə icazə vermədiyini xatırladıb və bu müddəaya hörmət etməyə çağırıb.

“Prezident Zelenski qanuni yolla seçilmiş dövlət başçısı və bizim tərəfdaşımızdır”,- deyə Merz vurğulayıb.

Mina Mikayılova

Seçilən
0
bakivaxti.az

1Mənbələr