Geo.tv təhlükəsizlik xidmətindəki mənbələrə istinadən Pakistan ordusunun Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını və bir sıra obyektlərə hücumlar təşkil etdiyini bildirib. Pakistan rəsmiləri əməliyyatı "Hindistanın davam edən təxribatlarına birbaşa cavab olaraq" başlatdıqlarını bildiriblər. Pakistan Silahlı Qüvvələri Hindistanın Sirsa şəhərindəki aerodromun məhv edildiyini açıqlayıb. Aerodromun məhv edilməsi faktının Hindistan mediası tərəfindən də təsdiqləndiyi bildirilir. Həmçinin hərbi kəşfiyyat təlim mərkəzinin də məhv edildiyi bildirilib. Pakistan tərəfinin məlumatına görə, Hindistanda elektrik şəbəkəsinin 70%-i sıradan çıxıb. CNN-in məlumatına görə, Pakistanın baş naziri Şahbaz Şərif ölkənin nüvə və raket siyasəti üzrə ali orqanının iclasını çağırıb. RİA Novosti-nin məlumatına görə, Hindistan KİV-i rəsmilərə istinadən yaydığı məlumata görə, atışma nəticəsində yüksək rütbəli Hindistan rəsmisi də daxil olmaqla 3 nəfər ağır yaralanıb. Daha sonra Cammu və Kəşmirin baş naziri Ömər Abdulla Pakistanın bölgəyə endirdiyi zərbələr nəticəsində yaralanan bir məmurun öldüyünü açıqlayıb. Nəşr rəsminin sözlərindən sitat gətirir: "Biz xüsusi rütbəli birzabitimizi itirdik... Əlavə olaraq Regional İnkişaf üzrə Komissarımız Rac Kumar Tappa da öldürüldü".
Surxay Əliyev