AZ

"Barselona" "Monako"nun futbolçusunu hədəfə alıb

"Barselona" "Monako"nun vingeri Maqnes Akliuşla maraqlanır.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb. Kataloniya təmsilçisi futbolçuya rəğbət bəsləmələrinə baxmayaraq, hələlik konkret təkliflə çıxış etməyi planlaşdırmır. Lakin 23 yaşlı futbolçunun agenti ilə ilkin əlaqə saxlanılıb.

Fransalı futbolçu bir gün “Blauqrana”nın formasını geyinmək arzusunu gizlətməyib.

2024/25 mövsümündə Akliuş 41 oyun keçirib, 7 qol vurub və 11 məhsuldar ötürmə edib. Fransız futbolçunun "Monako" ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir və Transfermarkt portalının məlumatına görə, onun transfer dəyəri 40 milyon avro qiymətləndirilir.

Seçilən
0
90deqiqe.az

1Mənbələr