MotoGp-də mövsümün 6-cı yarışı Fransada keçirilir.

Offsideplus.az xəbər verir ki, az öncə başa çatan sıralama mübarizəsində "Yamaha"nın pilotu Fabio Kuartararo hamıdan sürətli olub. Onu Mark Markes izləyib. 3-cü yeri isə Markın balaca qardaşı Aleks tutub.

Bu gün Bakı vaxtı ilə saat 5-də sprint yarışı keçiriləcək. Əsas yarış isə sabah baş tutacaq.

Əlavə edək ki, çempionata 140 xalla Aleks Markes başçılıq edir. Qardaşı isə onun cəmi 1 xal gerisindədir.