Türkiyə Ticarət Nazirliyi mayın 9-da daha iki məhsulu təhlükəli hesab edərək qadağan etdiyini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, “Viole & More” markalı otaq ətirinin qablaşdırmasında toxunma ilə bağlı heç bir xəbərdarlıq yoxdur; Serra Plastik oyuncaq avtomobillərinin tərkibində kanserogen ftalat maddəsi olduğu üçün geri çağırılıb.
Nazirlik insan sağlamlığını təhdid edən məhsullar üzərində yoxlamalarını qətiyyətlə davam etdirir. Son açıqlamada isə daha yuxarıdakı məhsulların təhlükəli olduğu, satışının qadağan edildiyi və bazardan çıxarıldığı açıqlanıb.
Dəniz Pənahova