"Bornmut"un müdafiəçisi Miloş Kerkez karyerasını başqa İngiltərə klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın “Football Insider”ə istinadən yaydığı məlumata görə, "Liverpul" 21 yaşlı müdafiəçini transfer etməyə ümid edir. Mersisaydlı baş məşqçi Arne Sloot Kerkezi Endryu Robertsonun uzunmüddətli əvəzedicisi kimi görür.
Kerkez bu mövsüm "Bornmut"un heyətində 38 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə edib. Miloşun hazırkı klubu ilə müqaviləsi 2028-ci ilin yayında başa çatır. Futbolçunun potensial transferi 35 milyon avro dəyərində qiymətləndirilir.