AZ

Polis Akademiyasında “Sən elə bir zirvəsən” adlı dəyirmi masa və fləşmob keçirilib

Polis

9 may 2025-ci il tarixində DİN-in Polis Akademiyasında İctimai elmlər kafedrasının nəzdində fəaliyyət göstərən “Vətənpərvər kursant” elmi dərnəyinin üzvlərinin və kursantların iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı dəyirmi masa keçirilib. PolisDəyirmi masa Ümummilli lider Heydər Əliyevin, şəhidlərimizin, xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuş əməkdaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, sonra isə Dövlət Himni ifa edilib. Dəyirmi masanı giriş sözü ilə dərnəyin rəhbəri polis polkovnik-leytenantı, tarix üzrə fəlsəfə doktoru Əfqan Qasımzadə açaraq müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində xidmətlərindən bəhs edib. Daha sonra dərnəyin üzvlərindən I kursun kursantları Hüseyn Ələkbərov “Azərbaycanın xarici siyasətində Heydər Əliyev yolu”, Vaqif Nərimanzadə “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası”, Arslan İbrahimli “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzularında çıxış ediblər.✍"Ulusum"az

Diqqət Çəkənlər

Masallıda ağır qəza: ölən və yaralananlar var

Trump, Ursula fon der Leyeni "heyrətamiz" adlandırdı

Vuçiç və Fitso Moskvada – Peskov onları “qəhrəman” adlandırdı

Seçilən
0
ulusum.az

1Mənbələr