09.05.2025-ci il tarixində saat 16:00 radələrində Beyləqan rayonunda 1 nəfər azyaşlı (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Viral.az-ın məlumatına görə, TƏBİB-dən bildirilib ki, 2025-ci il təvəllüdlü azyaşlıya atrofik vəziyyət diaqnozu təyin edilib.
Həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 16:10-da azyaşlının ölüm faktı qeydə alınıb.
Son Yazılar:
- Beyləqanda körpə ölümünün səbəbi məlum oldu
- Bu hərbçilərə mənzillər verildi – FOTO
- 9,3 milyon mənimsəmədə ittiham olunan polkovnik-leytenant əmlaklarını GERİ İSTƏYİR
12:20
***
Beyləqanda xəstəxanada uşaq ölümü baş verib.
Viral.az xəbər verir ki, paytaxt xəstəxanalarının birində vaxtından əvvəl doğulan körpə Beyləqana – yaşadıqları G.Əsədov küçəsinə gətirilib. 4 gün sonra körpənin vəziyyəti pisləşib. Ailə üzvləri onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, körpə həyatını dəyişib.
Faktla bağlı araşdırma aparılır (Qafqazinfo).