AZ

Beyləqanda körpə öldü - Yenilənib

Beyləqanda xəstəxanada uşaq ölümü baş verib.

“Qafqazinfo” xəbər verir ki, paytaxt xəstəxanalarının birində vaxtından əvvəl doğulan körpə Beyləqana -  yaşadıqları G.Əsədov küçəsinə gətirilib.

4 gün sonra körpənin vəziyyəti pisləşib. Ailə üzvləri onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, körpə həyatını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, mayın 9-u saat 16:00 radələrində Beyləqan rayonunda 1 nəfər azyaşlı (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

2025-ci il təvəllüdlü azyaşlıya atrofik vəziyyət diaqnozu təyin edilib.

Həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 16:10-da azyşalının ölüm faktı qeydə alınıb.

Ziya Əmirxanlı

Seçilən
0
14
qafqazinfo.az

10Mənbələr