BAKI, 10 may. TELEQRAF
Almaniya Kansleri Fridrix Merts Moskvanın 30 günlük atəşkəs təklifini rədd edəcəyi təqdirdə Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiq olunacağını açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu barədə Kiyevdə jurnalistlərə açıqlamasında bildirib.
“Amerika hökuməti və Donald Trampla razıyıq. 30 günlük atəşkəsə çağırırıq, bu olarsa, həmin müddət ərzində sülh danışıqları hazırlana bilər”, - kansler qeyd edib.
Merts bildirib ki, indi top Rusiyanın meydançasındadır, Moskva bu təklifə cavab verməlidir:
“Moskva buna reaksiya verməsə və sülh danışıqlarından imtina etsə, Avropa İttifaqı, Böyük Britaniya və ABŞ-nin reaksiyası yüksək səviyyədə koordinasiya ediləcək. Sonra sanksiyaların kütləvi şəkildə sərtləşdirilməsi baş verəcək və Ukrayna kütləvi yardım almağa davam edəcək: siyasi, maliyyə, həmçinin hərbi”.
Almaniya Kansleri vurğulayıb ki, hazırda məsələ ilə bağlı Avropa İttifaqı ilə ABŞ arasında yüksək səviyyədə razılaşma var.