Misli Premyer Liqasının XXXIV turunun ikinci günü Tovuzda yekunlaşacaq.
İdman.biz xəbər verir ki, “Turan Tovuz” və “Neftçi” çempionatda 12-ci dəfə qarşılaşacaq.
İndiyədək yalnız bir qələbəsi olan qərblilər 5 heç-heçə ilə kifayətlənib. 5 dəfə isə Bakı klubu üç xala sevinib. Top fərqi də “ağ-qaralar”ın xeyrinədir – 15-9.
“Neftçi” son 7 oyunda məğlub olmayıb. Son 3 matç heç-heçə başa çatıb.
08.10.2022 | Neftçi - Turan Tovuz | 0:0 |
15.12.2022 | Turan Tovuz - Neftçi | 0:1 |
05.03.2023 | Neftçi - Turan Tovuz | 4:0 |
07.05.2023 | Turan Tovuz - Neftçi | 4:0 |
30.09.2023 | Turan Tovuz - Neftçi | 0:1 |
10.12.2023 | Neftçi - Turan Tovuz | 3:2 |
24.02.2024 | Turan Tovuz - Neftçi | 1:1 |
28.04.2024 | Neftçi - Turan Tovuz | 3:0 |
03.08.2024 | Neftçi - Turan Tovuz | 0:0 |
21.12.2024 | Turan Tovuz - Neftçi | 1:1 |
10.03.2025 | Neftçi - Turan Tovuz | 1:1 |
Qeyd edək ki, matç saat 19:30-da başlayacaq.
İdman.biz