Cənubi Amerika ölkəsi Ekvadorda cinayət təşkilatına qarşı əməliyyat zamanı baş verən qarşıdurmada 8 əsgər həyatını itirib.
"Cebheinfo.az" xəbər verir ki, Ekvador ordusu Kolumbiya sərhədinə yaxın Napo şəhərinin kənd ərazisində Alto Punino bölgəsində cinayətkar təşkilata qarşı əməliyyat keçirib.
Əməliyyat zamanı başlayan qarşıdurmada 8 əsgər həyatını itirib, yaralılardan bəziləri xəstəxanaya aparılıb.
Yerli KİV-in məlumatına görə, əməliyyat Kolumbiyanın keçmiş İnqilabçı Silahlı Qüvvələrinə (FARC) bağlı olan “Comandos de la Frontera” adlı qruplaşmaya qarşı keçirilib.
Sözügedən qrupun Punino çayının yuxarı hövzəsində qeyri-qanuni mədənçilik fəaliyyəti ilə məşğul olduğu bildirilir.