Bu gün-10 May müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür.
“Qafqazinfo” xəbər verir ki, bununla əlaqədar Beyləqan rayonunda Ulu Öndərin abidəsi ümumrayon səviyyəsində ziyarət olunub.
Ziyarət mərasimində Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və kollektivi, YAP Beyləqan rayon təşkilatının rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, idarə, təşkilat və müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə tər güllər düzərək onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətləri bir daha minnətdarlıqla xatırlanıb.








