“Mançester Yunayted”in sabiq futbolçuları Devid Bekhem ilə Qari Nevill İngiltərənin 4-cü divizionunda çıxış edən “Solford Siti”yə sahib çıxıblar.
“The Athletic” nəşrinin məlumatına əsasən, klubun əsas səhmdarı Piter Lim ayrıldıqdan sonra Bekhem və Nevill “Solford Siti”nin nəticələrini yaxşılaşdırmaq üçün potensial sərmayə tərəfdaşları axtarmağa bir neçə ay sərf ediblər.
Beləliklə, MY-nin keçmiş oyunçuları amerikalı məsləhətçilik şirkəti “Consello”nun təsisçisi Deklan Kelli və İngiltərə Laun-Tennis Assosiasiyasının sədri lord Mervin Devis ilə birgə əməkdaşlıq edərək klubun Direktorlar Şurasında həmsədr olacaqlar.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta