AZ

Üç gömrük işçisinin məxfi yazışmaları - "Rüşvət çarxı" necə fırlanıb? + FOTOLAR

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin inspektoru Məzahir İsmayılovun, Sosial Xidmətlər Agentliyinin Quba-Xaçmaz Regional filialının müdiri Elşan Abdullayevin və “ƏR TRANSPORT” MMC-nin faktiki rəhbəri Ədalət Quliyevin həbsinin təfərrüatları məlum olub.

Mia.az musavat.com-a istinadla xəbər verir ki, adı çəkilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Dövlət Gömrük Komitəsi tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həbs edilib.

Rüşvət tələb ediləndən sonra Pərviz adlı şəxs DGK-yə məlumat verib. Bundan sonra Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları əməliyyat keçiriblər. Pərvizin üzərinə kamera yerləşdirilib və 6 min manat rüşvəti verən zaman təqsirləndirilən şəxslə saxlanılıb. İstintaq zamanı tərəflər arasındakı yazşmalar da sübut kimi ələ keçirilib.

Plan belə olub ki, Elşan tanışlıqdan istifadə edib Pərvizə tələb edilən məbləği deyib. Elşan Pərvizdən pulu Ədalətə verməsini istəyib. Alınan pulun əsasə hissəsi də Məzahirə çatıb.

Həbs edilən Elşanla Pərviz adlı vətəndaşın yazıması:

Elşan: Pərviz, o adam mənə zəng eləməyib. Fikrin varsa ver. Yoxdursa, deyim ki, bu adamın fikri yoxdur. O da işini bilsin. Yaxşı deyil. Mən istəmirəm o zəng edib soruşsun ki, noldu, niyə vermədi?

Seçilən
0
2
mia.az

3Mənbələr