“Qala Maşınqayırma” 2024-cü ilin maliyyə vəziyyətini hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, şirkət ötən ili 350,7 min manat mənfəətlə tamamlayıb. Lakin 2023-cü ildə 176,6 min manat mənfəət əldə etmişdi.
Şirkət ötən il mənfəət vergisi ödəmələrini 42,5 min manat və ya 72,5 % artıraraq 101,1 min manata çatdırıb.