Bu gün müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.
Nazirlikdən News24.az-a verilən məlumata görə, ziyarətçilər Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad ediblər.
Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə güllər düzülüb.



