AZ

ABL: "Neftçi" - "Sabah" oyununun vaxtı bilindi

Azərbaycan Basketbol Liqasında final seriyasında 6-cı oyunun vaxtı müəyyənləşib. 

Fanat.Az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Neftçi” - “Sabah” qarşılaşması mayın 14-də keçiriləcək. 

Bakı İdman Sarayında baş tutacaq matçın start fiti 19:00-da veriləcək.

Qeyd edək ki, dörd oyundan sonra seriyada hesab bərabərdir – 2:2. Sabah Bakı İdman Sarayında baş tutacaq 5-ci görüş saat 17:00-da start götürəcək.

Seçilən
0
fanat.az

1Mənbələr