AZ

Xabi Alonso komandası ilə vidalaşdı

Almaniyanın “Bayer Leverkuzen” klubu Xabi Alonso ilə yollarını ayırıb. İspaniyalı mütəxəssis özü daha öncə müqaviləsinə xitam verilməsi ilə bağlı komanda rəhbərliyinə müraciət etmişdi.

Yenisabah.az xəbər verir ki, Xabi Alonsonun “Bayer”lə rəsmi müqaviləsi 2026-cı ilin yayında başa çatırdı. 43 yaşlı baş məşqçinin növbəti mövsümdə “Real Madrid”in sükanı arxasına keçəcəyi artıq dəqiqləşib.

Alonso 3 illik “Bayer Leverkuzen” kariyerası ərzində 1 Bundesliqa çempionluğu, 1 Almaniya kuboku və 1 Almaniya superkuboku qazanıb.


Telegram kanalımız
Seçilən
0
1
yenisabah.az

2Mənbələr