“London Times” saytı Ermənistanla bağlı qalmaqallı yazı dərc edib.
Tribunainfo.az xəbər verir ki, yazıda İrəvanda dəhşətli eksperimentlərin keçirildiyi qeyd edilib.
Belə ki, məqalədə vurğulanır ki, “Qərb əczaçılıq şirkətləri erməni qadınları, uşaqları və əlilləri üzərində zəhərli hərbi dərəcəli steroidləri sınaqdan keçirir”. Müəllif məlumatları “Ədalətsizliklə Mübarizə Fondu”nun xəbərlərinə istinadən dərc etdiyini qeyd edib.
Ermənistan rəsmiləri məlumatı təkzib ediblər. Bildiriblər ki, belə bir şey yoxdur. Həmçinin rəsmi İrəvan iddia edib ki, həmin Fondu “Vaqner”in qurucusu Priqojin yaradıb və məqsəd Qərb media resurslarından dezinformasiya üçün istifadə etməkdir.
Fərda Uğur