AZ

Hindistan Ordusu: Pakistanla müharibəyə hazırıq

BAKI, 10 may. TELEQRAF

Pakistan hücum əməliyyatı keçirmək məqsədilə qoşunlarını irəli mövqelərə çəkir.

Teleqraf xəbər verir ki, bu barədə Hindistan Hərbi Hava Qüvvələrinin rəsmi nümayəndəsi polkovnik Viomika Sinq bildirib.

“Pakistan ordusunun qoşunlarını irəli mövqelərə çəkdiyini müşahidə edirik”, - polkovnik bildirib.

Hindistan Hərbi Hava Qüvvələrinin sözçüsü qeyd eidb ki, hind qoşunları Pakistanla müharibə üçün yüksək hazırlıq vəziyyətindədir.

Xatırladaq ki, mayın 10-na keçən gecə Hindistan Pakistanın hava bazalarına bir neçə raket zərbəsi endirib. Pakistan Ordusu hücumu regionda sabitliyi pozan son dərəcə təhlükəli hadisə adlandırıb. Pakistan buna cavab olaraq, səhər saatlarında Hindistana qarşı “Bənyan ül-Marsus” adlı genişmiqyaslı hərbi əməliyyata başladığını elan edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr