“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Həmçinin Fransa Prezidenti “X” hesabında Aİ liderlərinin danışıqlar masası arxasında çəkilmiş şəkli ilə birgə paylaşım edib. O, 4 dildə - fransız, ingilis, alman və polyak dillərində yazıb: “Kiyev yolunda. Ukrayna üçün. Avropa üçün”.
Dövlət rəsmiləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə Kiyev rejiminə dəstək və yeni məsələləri müzakirə etmək üçün görüşəcəklər.