Bu gün millət vəkilləri Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Deputatlar Ulu Öndərin məzarı önünə gül dəstələri düzərək, ruhuna dualar oxuyublar.
Millət vəkilləri Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu kimi tarixdə misilsiz xidmətlərini xüsusi vurğulayıblar. Onlar qeyd ediblər ki, dahi liderin uzaqgörən siyasəti, milli maraqlara əsaslanan strategiyası bu gün Azərbaycanın beynəlxalq aləmdə nüfuzlu mövqe qazanmasının əsasını qoyub.
Tədbir çərçivəsində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı millət vəkilləri tərəfindən ziyarət olunub, xatirəsi ehtiramla anılıb.