AZ

Aleksander-Arnoldun yerini kim tutacaq?

Bilindiyi kimi, Trent Aleksander-Arnold yayda “Liverpul”u tərk edəcək.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu artıq ona layiqli xələf axtarır.

“Give Me Sport” nəşrinin yaydığı xəbərə görə, “Liverpul” “Bayer-04”ün futbolçusu Jeremi Frimponqu hədəfə alıb. Almaniya klubu niderlandlı oyunçunu 30 milyon funt sterlinqə (35,4 milyon avro) sata bilər. “Liverpul” rəhbərliyi bu məbləği futbolçunun real bazar dəyərindən aşağı hesab edir.

Bu da var ki, mersisaydlılar bu transferdə “Mançester Siti” və “Seltik”in rəqabəti ilə üzləşə bilərlər.

Aleksander-Arnold yayda “Liverpul”u tərk edəcəyini açıqlayıb. Əksər mənbələrin yaydığı xəbərə görə, o, “Real”a keçəcək.

Seçilən
0
football-plus.az

1Mənbələr