AZ

Yeni Papanın inauqurasiya mərasiminin vaxtı açıqlanıb

Yeni seçilən Papanın inauqurasiya mərasiminin keçiriləcəyi vaxtı bəlli olub. 


Sfera.az xəbər verir ki, Papanın andiçmə mərasimi mayın 18-də Roma vaxtı ilə səhər saat 10-da Müqəddəs Pyotr meydanında keçiriləcək.


Həmin tarixə qədər isə bir sıra görüş və tədbirlərin keçirilməsi nəzərdə tutulub. 


Mayın 10-da 267-ci Roma Papası Kardinallarla görüş keçirəcək və ilk dəfə ictimai çıxışını Regina Caeli duası və mayın 11-də Müqəddəs Pyotr Bazilikasının Mərkəzi Loggiyasından salamlaması ilə qeyd edəcək.


Mayın 12-də Roma Papası Fransiskin ölümü ilə Konklav arasında baş verənləri işıqlandırmaq üçün son həftələrdə Romaya toplaşan beynəlxalq mətbuat nümayəndələri ilə görüş planlaşdırılır.


Mayın 16-da diplomatik korpus (missiya rəhbərləri) ilə görüş planlaşdırılır.

 

Mayın 18-də keçiriləcək mərasimdə Papa XIV Leo papalıq nişanələri – lülü və kadrusunu qəbul edərək, Katolik birliyinin rəhbəri kimi səlahiyyətlərini tam şəkildə icra etməyə başlayacaq.

 

Firuzə Əliyeva
Sfera.az

Seçilən
0
sfera.az

1Mənbələr