Türkiyənin STM şirkəti tərəfindən inkişaf etdirilən STM NETA 300 insansız avtonom sualtı vasitənin dəniz sınaqları keçirilir.
“Poliqon” STM-ə istinadən xəbər verir ki, STM NETA ailəsinin ilk üzvü olan STM NETA 300, uzun müddət davam edən intensiv işlərin nəticəsində təqdimatından bir neçə ay sonra hovuz testlərini uğurla tamamlayaraq dəniz sınaqları mərhələsinə keçib.
Qeyd edilib ki, insansız avtonom sualtı vasitə Aralıq dənizində keçirilən dəniz sınaqlarından tam qiymət almağı bacarıb.
Eyni zamanda, ilk ölkə daxili satış müqaviləsi yaxın vaxtlarda imzalanan STM NETA-nın əsas əməliyyat tapşırığı minaların aşkarlanması olacaq.
Bu barədə fikirlərini bölüşən STM-in baş direktoru Özgür Güleryüz, STM-in hərbi dənizçilik və avtonom sistemlər sahəsində Türkiyənin qabaqcıl şirkəti olduğunu vurğulayıb.
“Dəniz mühəndisliyi, avtonom və komanda-idarəetmə imkanlarımızı birləşdirərək Mavi Vətənə təqdim etdiyimiz milli insansız avtonom sualtı vasitə ailəmizin ilk üzvü STM NETA 300-ün dəniz sınaqları uğurla davam edir. Hovuz testlərindən sonra həyata keçirdiyimiz dəniz sınaqlarında bütün sensor, kamera və avtonom naviqasiya sınaqlarımızı uğurla tamamladıq və sistemin performans testləri mərhələsinə keçdik. STM NETA 300 ilk növbədə Türkiyə Hərbi Dəniz Qüvvələrində minaların aşkarlanmasında istifadə olunacaq”, – deyə baş direktor bildirib.
Onun sözlərinə görə, gələcəkdə bu ailə daha böyük və dərin su əməliyyatları icra edə bilən orta və böyük sinif insansız avtonom sualtı vasitələrlə genişləndiriləcək: “Bu sahədə inkişaf etdirdiyimiz texnologiyalarla sualtı təhlükəsizliyindən tutmuş minaların aşkarlanmasına qədər geniş çeşiddə xidmətlər təqdim edəcək insansız sistemlər istehsal edəcəyik. STM NETA ailəsinin Mavi Vətəndə çəkindiriciliyimizi artıracağına, dost və müttəfiq ölkələrə ixrac edilərək beynəlxalq uğurlara imza atacağına inanırıq”.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */