Murad Musayevin çalışdırdığı "Krasnodar" Rusiya Premyer Liqasında çempionluğa gedir.

Offsideplus.az xəbər verir ki, gənc mütəxəssisin komandası son 3 tura "Zenit"in 4 xal önündə lider daxil olur.

Onlar bu gün səfərdə ÇSKA ilə qarşılaşacaq. "Zenit" isə Mahaçqala "Dinamo"sunun qonağı olacaq.

Tərəflər arasında 3 tur öncə keçirilən oyun Sankt-Peterburq təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

"Krasnodar" son 3 oyunda 2 qələbə qazanarsa, çempionluğunu elan edəcək.

M. Musayev ötən ilin fevralında "Sabah"dan ayrılıb və martında Rusiya klubunu çalışdırmağa başlayıb.