AZ

Rusiya və Gürcüstanın axtarışa verdiyi şəxslər Türkiyədə saxlanılıb

BAKI, TurkicWorld

Türkiyədə beynəlxalq axtarışda olan iki şəxs saxlanılıb

TurkicWorld xəbər verir ki, Rusiya və Gürcüstan tərəfindən İnterpol xətti ilə axtarışa verilmiş iki şəxs Türkiyədə keçirilən əməliyyatlarla saxlanılıb.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında verdiyi açıqlamada, Rusiyanın İnterpol vasitəsilə “Beynəlxalq terrorizm” ittihamı ilə qırmızı bülletenlə axtardığı L.R.-nin Hatayda, Gürcüstanın isə “Mütəşəkkil cinayətkar təşkilata üzvlük” ittihamı ilə yaşıl bülletenlə axtardığı və Antalyada fəaliyyət göstərən B.P.-nin isə Antalyada yaxalandığını bildirib.

Əməliyyatlar İnterpol-Avropol Departamenti, Miqrasiya İdarəsi, Jandarma Baş Komandanlığının KOM İdarəsi, eləcə də Hatay və Antalya İl Jandarma Komandanlıqlarının birgə koordinasiyası ilə həyata keçirilib.

“Güclü beynəlxalq əməkdaşlığımız sayəsində heç bir cinayətkarın cəzasız qalmaması üçün mübarizəmizi qətiyyətlə davam etdiririk.” - deyə Nazir Yerlikaya bildirib.

Qeyd edək ki, saxlanılan şəxslərin biri Rusiyada fəaliyyət göstərən cinayət təşkilatının, digəri isə Gürcüstan mənşəli “vor v zakone” adlı kriminal şəbəkənin üzvü kimi tanınır.

Seçilən
0
turkic.world

1Mənbələr