May ayı astroloji baxımdan çox əhəmiyyətlidir – xüsusilə də 2025-ci ilin ortasında bəzi bürclər üçün böyük dəyişikliklərin qapısı açılır.
Tribunainfo.az xəbər verir ki, göy qübbəsində baş verən enerjili dəyişikliklər artıq hiss edilməyə başlanıb.
Əkizlər (21 May – 20 İyun):
Əkizlər üçün çoxdan gözlədikləri fürsət gəlir! Gözlənilməz bir zəng və ya e-mail həyatınızı dəyişə bilər. Həm karyera, həm də sevgi sahəsindəki tərpənişlər sizə motivasiya verəcək. Ayın sonuna qədər böyük bir maliyyə xəbəri alma ehtimalınız yüksəkdir.
Əqrəb (23 Oktyabr – 21 Noyabr):
Plutonun təsiri ilə Əqrəblər özlərini yenidən doğulmuş kimi hiss edəcəklər. Sevgidə yeni başlanğıclar və ya köhnə münasibətlərin güclənməsi gündəmdədir. İntuisiyanız güclənir – hiss etdiyinizə qulaq asın.
Buğa (20 Aprel – 20 May):
Buğalar üçün bolluq dövrü başlayır. Maliyyə məsələlərində şans sizdən yanadır. Yeni iş təklifləri, tərəfdaşlıqlar və ya investisiya imkanları önünüzə çıxacaq. Səbrinizin bəhrəsini görəcəksiniz.
Astroloqlar deyir:
Mayın ikinci yarısı göy cisimləri arasında gərgin, lakin fürsətlə dolu bir dövrdür. Enerjilər dəyişir, hərəkət başlayır. Bu, böyük addımlar atmaq üçün unikal bir zamandır.
Dəniz Pənahova